• çərşənbə axşamı, 19 mart, 07:53
  • Baku Bakı 8°C

Cocuq Mərcanlıda bərpa işlərinin davam etdirilməsinə 9 milyon manat ayrılıb

15.06.17 18:30 1438
Cocuq Mərcanlıda bərpa işlərinin davam etdirilməsinə 9 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevCəbrayılrayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə,Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb.
banner

Oxşar Xəbərlər