AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Cırtdan və Təpəgöz“ 3D formatında

“Cırtdan və Təpəgöz“ 3D formatında

Mədəniyyət
13 Noyabr 2012, 17:11 2803
15 noyabrda, saat 11:00-da Nizami Kino Mərkəzində 3D formatda çəkilən "Cırtdan və Təpəgöz" cizgi filminin media nümayəndələri üçün təqdimatı keçiriləcək. Animasiya filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb.
Məlumat üçün bildirək ki, cizgi filmi "Üç dost" şirkətində gənc animatorlar Rəşad Əfəndiyev və Yusif Qabilov tərəfindən çəkilib. Qeyd edək ki, təqdimatda həmçinin, "Azərbaycanfilm" kinostudiyasının son illərdə istehsal etdiyi, qarşıdan gələn günlərdə nümayişləri olacaq filmlərlə bağlı açıqlamalar veriləcək.