• cümə, 29 Mart, 05:38
  • Baku Bakı 7°C

“Cırtdan nağıllar aləmində” meqa-şousu Gəncədə maraqla izlənilib

25.12.19 10:15 611
“Cırtdan nağıllar aləmində” meqa-şousu Gəncədə maraqla izlənilib
Gəncədə ilk dəfə olaraq "Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou nümayiş olunub. Gəncə Dövlət Filarmoniyasında təşkil olunan meqa-şou Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanıb.
Şouda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və şəhərin struktur rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, meqa-şouya əsasən Gəncə Uşaq Evi və SOS Uşaq Kəndinin sakinləri, UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, habelə Kəlbəcər rayon məktəbliləri dəvət olunublar.
İştirakçıların məharətli çıxış səhnə əsərini baxımlı edib, meqa-şou maraqla qarşılanıb.
Şounun süjet xəttinə əsasən, valideynləri Cırtdanı evdə qardaşı ilə birlikdə qoyaraq gedirlər. Bir müddət sonra Cırtdan qardaşını itirir və sonra onu axtarmağa başlayır. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılara yaddaqalan və əlvan təəssürat bəxş edir. Göydən düşən ulduzlar, səmaya pərvaz edən əlvan pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparır. Şounun sonunda Cırtdan qardaşına qovuşur və Məlikməmməd, Əjdaha və Tıq-tıq xanımın köməyi ilə qara qüvvələr tərəfindən tilsimlənmiş Yeni ili geri qaytarırlar.
"Cırtdan nağıllar aləmində” adlı meqa-şounun icraçı direktoru Vüqar Əliyev bildirib ki, şouda 300-dək əlvan kostyum, 120-dək müxtəlif oyuncaqdan istifadə edilib. O qeyd edib ki, şou uşaqlarla yanaşı, böyüklər üçün də maraqlı olacaq: "Bənzərsiz, rəngarəng və yaddaqalan şou hər bir tamaşaçının zövqünü oxşayacaq. Qusardan start götürən ailəvi meqa-şounun Gəncədən sonra növbəti dayanacağı Masallı olacaq”.
Tədbirin reallaşmasında "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri yaxından iştirak ediblər.
Qeyd edək ki, tamaşa Gəncədə hər gün 3 seansla olmaqla, ümumilikdə 4 gün, yəni dekabrın 21-dən 24-dək, ödənişsiz şəkildə nümayiş olunub.
banner

Oxşar Xəbərlər