Cinsi təcavüzdə ittiham olunur
"Liverpul”un
futbolçusu Nabi Keyta cinsi təcavüzdə ittiham olunur.
Kaspi.az xəbər
verir ki, Keytanı mançesterli qadın ittiham edir. Pontso Dilamini məsələ ilə
bağlı "tvitter”də yazıb.
O bildirib ki,
25 yaşlı futbolçu ilə yanvar ayında əyləncə məslisində iştirak edib. Həmin məclisə
Pontsonu rəfiqəsi dəvət edibmiş.
Qadın iddia edir
ki, Keyta ona qarşı seksual hərəkətlər edib. O, futbolçunun ona pul təklif etdiyini də bildirib.
Dilamini
bildirib ki, artıq Mançester və Liverpul polisinə şikayət edib. Amma qadının bu
ittihamı ciddi qəbul edilmir. Sosial şəbəkələrdə bildirilir ki, Keyta ingilis
dilində bilmir və dini inanclı biridir. Qadının, bu ittihamı məşhurlaşmaq üçün
uydurduğu qeyd olunur.