“CinemaPlus”da “Joker” filminin möhtəşəm təqdimatı baş tutdu
03.10.19 16:48
1022
"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium
kinoteatrında çoxdandır gözlənilən "Joker” filminin təqdimatı keçirilib.
"CinemaPlus”
komandasının iki aydan çoxdur hazırlaşdığı şou öz bəhrəsini verib.
Təqdimat zamanı
Sehrli Güzgü, Spiner 360, filmlə bağlı maraqlı dekorasiyalar, ləzzətli yeməklər,
içkilər və musiqilər qonaqları məmnun edib.
Qonaqlar səmimi
ortamda əylənən zaman qəfil dörd gözlənilməyən qonaq peyda olub. Bunlar "Joker”in
dörd fərqli obrazı idi. Onlar əvvəlcə qonaqları əsir götürsə də, daha sonra hər
kəsnən dostlaşıblar.
Qeyd edək ki,
filmin rejisoru və ssenaristi Todd Fillipsdir. Baş rollarda Xoakin Feniks, Zazi
Bitz, Robert De Niro, Frensis Konroy, Brett Kallen və başqaları çəkilib.
"Joker”də bütün
diqqətlər Xoakin Feniksın üzərindədir. Aktyor roluna hazırlaşmaq üçün möhtəşəm
fiziki dəyişiklik etmək məcburiyyətində qalıb. O, xeyli çəki itirib. Bundan
başqa, o, üç növ psixopat gülüşünü təqlid etməyi də öyrənib.
Ekran işində
hadisələr 1980-ci ildə baş verir. Artur Flek Qothamda yaşayır və orada çalışır.
Klounun ümidləri puç olur və o, məhv etməklə psixoloji rahatlıq axtarışındadır.
Tədbirin təşkilində
"Astral” və "Paranormal Baku” kvestləri, "Light in Black”, "Made.az”, "Nasha”
dekor şirkəti, "Green Hat”, "Magic Mirror”, "Taksim Kebap” restoranı, "Black
Star Burger”, "Absheron Sharab”, "Şeh su” və "Red Bull” dəstək göstəriblər.
"CinemaPlus”
hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son
premyeralarla sevindirməyə hazırdır.