• çərşənbə, 24 Aprel, 01:45
  • Baku Bakı 14°C

Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilib

17.11.17 14:40 1679
Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilib
Milli Məclisin iclasında bir sıra sənədlərə dəyişiklik edilib.

APA-nın məlumatına görə, Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə edilən dəyişiklikdə borcalma ilə bağlı yeniliklər əks olunub.

Layihəyə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almadan daxili və ya xarici borcalması dövlətə xeyli miqdarda ziyan vurduqda 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən üç mislinədək miqdarda cərimə, yaxud 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni əməllər dövlətə külli miqdarda ziyan vurduqda 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarında cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinə 195-2 maddəsində əlavə edilən "Qeyd” hissəsində isə bildirilir ki, "dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

Layihələr səsə qoyularaq ayrılıqda qəbul olunub.
banner

Oxşar Xəbərlər