AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“China Daily” qəzeti Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizədən yazıb

“China Daily” qəzeti Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizədən yazıb

Cəmiyyət
05 Aprel 2020, 21:45 265
Çinin 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily” qəzetində Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizəsinə dair məqalə çap olunub.
 
AZƏRTAC-ın təqdim etdiyi materiallar əsasında hazırlanan məqalədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesusun COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir etməsindən bəhs olunur.
 
Bildirilir ki, Baş direktor Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda pandemiyaya qarşı mübarizədə atılan addımları yüksək qiymətləndirib.
Məqalədə Azərbaycanın infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verdiyi, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldığı, dövlət qurumları arasında əlaqələndirmənin təmin edildiyi, aviareyslərin sayının kəskin azaldıldığı, məktəblərin bağlandığı, karantin rejiminin tətbiq olunduğu vurğulanıb. COVID-19 xəstəliyinin iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə Prezidentin Sərəncamı ilə 1 milyard manat məbləğində maliyyə vəsaiti ayrılıb. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib.
 
Məqalədə Azərbaycanın bu istiqamətdə ÜST ilə əməkdaşlığından da söz açılıb, ölkəmizin qlobal həmrəylik nümayiş etdirərək, koronavirusa qarşı mübarizə üçün ÜST-ə könüllü maliyyə yardımı ayırdığı bildirilib.