• çərşənbə axşamı, 16 aprel, 11:32
  • Baku Bakı 14°C

"China Daily": Azərbaycan “İpək yolu”nun əsas hissələrindən biridir

20.01.17 16:15 824
"China Daily": Azərbaycan “İpək yolu”nun əsas hissələrindən biridir
Dünyanın strateji nöqtəsində yerləşən Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutunun inkişafı üçün böyük potensiala malikdir.
Trend-in məlumatına görə, bu barədə "Eurasia Media Network” və "The Caspian Times” media-şəbəkəsinin baş redaktoru Malik Eyyub Sambal "China Daily Europe” nəşrində yer alan məqaləsində yazır.
Müəllif qeyd edir ki, Xəzər sahilində yerləşən və təbii resurslarla zəngin olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən "İpək yolu” iqtisadi marşrutunda əsas hissələrdən biridir.
"Qədim "İpək yolu” zamanlarından bəri Azərbaycan bu dəhlizin əsas hissələrindən olub. Belə ki, eramızdan əvvəl 206-cı Roma İmperiyası ilə Çin arasında yerləşən ilk ticarət marşrutu Azərbaycan ərazisindən keçirdi”.
Məqalədə qeyd olunur ki, Çinin regionda ticarət marşrutlarının inkişafı ilə bağlı nəqliyyat, ticarət, istehsalat sahələrinə milyardlarla dollar investisiya yerləşdirilməsini nəzərdə tutan irimiqyaslı layihələri mövcuddur.
banner

Oxşar Xəbərlər