• şənbə, 20 Aprel, 09:33
  • Baku Bakı 14°C

Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda növbəti tədbirlər keçirilib

27.10.16 18:07 767
Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda növbəti tədbirlər keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar xidməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə mövzusunda tədbirləri davam etdirir.
Növbəti tədbirlər "Dinimiz mənəviyyatımızdır” mövzusunda 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində keçirilib.
Tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları iştirak ediblər.
Tədbirlər zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlıdini radikalizmin yaranması səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. O qeyd edib ki, ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscidlərlə yanaşı, kilsə və sinaqoqların fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib.
Komitəsi sədrinin birinci müaviniməhkumlarla vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verib, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğunu onların diqqətinə çatdırıb.
banner

Oxşar Xəbərlər