• cümə, 29 Mart, 15:52
  • Baku Bakı 14°C

Cəzaçəkmə müəssisələrində Amnistiya Aktının icrası davam edir

16.05.13 14:21 1709
Cəzaçəkmə müəssisələrində Amnistiya Aktının icrası davam edir
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 7 may 2013-cü il tarixli qərarının icrasına başlanıb.
APA-nın xəbərinə görə, bu gün Amnistiya barədə qərar 14 saylı Cəzaçəkmə müəssisəsində icra edilib. Qərar burada saxlanılan 5 məhkuma şamil edilib və onlar azadlığa buraxılıblar. Penitensiar müəssisələrdə qərarın icrası davam edir.
Qeyd edək ki, Amnistiya Aktı haqqında qanun layihəsi Milli Məclisə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunub. Milli Məclis Amnistiya Aktını mayın 7-də qəbul edib.
banner

Oxşar Xəbərlər