• cümə, 29 Mart, 09:26
  • Baku Bakı 5°C

Ceyn Pirs: "AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olacaq"

27.10.16 19:12 870
Ceyn Pirs: "AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olacaq"
Mötəbər beynəlxalq tədbirlərin və yarışların yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəyə malikAZƏRTACIV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olacaq.
Bu barədə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs iləAZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun görüşündə məlumat verilib.
Görüşdə son illər Azərbaycanda keçirilən mötəbər beynəlxalq yarışların işıqlandırılmasında və dünya miqyasında təbliğindəAZƏRTAC-ın gördüyü işlər yüksək qiymətləndirilib. Ötən il ölkəmizin ev sahibliyi etdiyi "Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olanAZƏRTAC-ın bu yarışları yüksək peşəkarlıqla işıqlandırdığı xüsusi vurğulanıb. Bu işdə agentliyin "Bakı-2015” Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsi, xüsusən də xanım Ceyn Pirs ilə sıx əməkdaşlığının mühüm rol oynadığı diqqətə çatdırılıb.
Söhbət zamanı IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti xüsusi vurğulanaraq, bu mötəbər tədbirin işıqlandırılması vəAZƏRTAC-ın Oyunlara informasiya dəstəyi göstərməsi məsələləri müzakirə edilib.
Baş direktor Aslan Aslanov agentliyin birinci Avropa Oyunlarından sonra 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Formula-1 Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışları geniş və operativ işıqlandırdığını qeyd edib və bunun yaxşı təcrübə olduğunu bildirib.
IV İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasına dünyanın müxtəlif ölkələrindən peşəkar media mütəxəssislərinin cəlb olunacağını vurğulayan xanım Ceyn Pirs deyib ki,AZƏRTACilə rəsmi media tərəfdaşlığına dair müqavilənin imzalanması nəzərdə tutulur. O, İslam ölkələrinin həyatında mühüm rol oynayan bu mötəbər idman tədbiri barədə xəbərlərinAZƏRTAC-ın malik olduğu kanallarla dünya ictimaiyyətinə çatdırılmasında yüksək fəallıq göstərəcəyinə əminliyini ifadə edib.
banner

Oxşar Xəbərlər