• cümə axşamı, 18 aprel, 08:37
  • Baku Bakı 12°C

Ceyms Uorlik: “Vyana və Sankt-Peterburq görüşlərində münaqişənin həlli üçün yaxşı imkan yaranıb”

22.10.16 11:16 995
Ceyms Uorlik: “Vyana və Sankt-Peterburq görüşlərində münaqişənin həlli üçün yaxşı imkan yaranıb”
"Mən və həmkarlarım səbirsizliklə Azərbaycan prezidenti ilə görüşü gözləyirik”.

APA-nın məlumatına görə, bu sözləri Bakıda mətbuat konfransı keçirənATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

"Biz əhəmiyyətli və vacib işimizi davam etdirməyə hazırıq. Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün yaxşı imkan yaranıb. Bakıda və İrəvanda bu istiqamətdə danışıqları davam etdirəcəyik”, - deyə C. Uorlik söyləyib. O bildirib ki, ABŞ, Rusiya və Fransa münaqişənin həllinin tapılması istiqamətində sıx fəaliyyət göstərir: "Biz bu yaxınlarda Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdük. Hər üç həmsədrin bölüşdüyü bir məqsəd var: biz münaqişənin sülh yolu ilə həllini tapmaq istəyirik”.
banner

Oxşar Xəbərlər