• cümə axşamı, 28 mart, 18:21
  • Baku Bakı 13°C

Ceyms Uorlik: “Prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik”

22.10.16 13:45 874
Ceyms Uorlik: “Prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik”
"Con Kerritərəflərlə işləyərək münaqişənin sülh yolu ilə həlli işinə öhdəliyini nümayiş etdirib”.

APA-nın məlumatına görə, bu sözləriATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib.

C. Uorlik xatırladıb ki, bir müddət əvvəl ABŞ dövlət katibiCon KerriNATOtoplantısı çərçivəsində tərəflərlə görüşüb və müzakirələr aparıb: "Cənab Kerri bir neçə ay əvvəl də Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək məhsuldar danışıqlar aparıb. Bölgədə yaşayan hər bir xalqın marağındadır ki, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış həlli tapılsın. ABŞ-ın bu məsələyə sadiqliyi şübhə altında olmamalıdır. Münaqişə tərəfləri məsələnin sülh yolu ilə davamlı həllinin tapılması istiqamətində öhdəliklərini nümayiş etdirməlidirlər. Mən şəxsən Azərbaycan prezidenti ilham Əliyevlə danışmışam və o bildirib ki, danışıqlar prosesinə və münaqişəsinin sülh yolu ilə həlli prinsiplərinə sadiqdir. O, gələcəkdə də görüşməyə və masa üzərində olan təkliflərə baxmağa hazırdır. Vyana və Sankt-Peterburq görüşlərində də prezidentlər öz öhdəliklərini nümayiş etdiriblər. Müzakirə predmeti olan maraqlı ideyalar var. Biz bu ideyaları müzakirə etməyə hazırıq və müzakirə edəcəyik. Eyni zamanda, prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik. Azərbaycan prezidenti vurğulayıb ki Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır”.

C. Uorlik qeyd edib ki, həm Bakıda, həm də İrəvanda prezidentlərin növbəti görüşünün yeri və vaxtının müəyyənləşdirilməsi barədə müzakirə aparılacaq: "Prezident İlham Əliyevin görüşə razılıq verməsini alqışlayırıq. Bu görüşlər o qədər də asan təşkil edilmir, lakin vacibdir və məhsuldar olur. Bu kimi görüşlərin vacibliyi ondan ibarətdir ki, prezidentlər öz aralarında müzakirələr apararaq bir-birini daha yaxşı anlayır və fikirlərini açıq şəkildə paylaşırlar. Həmsədrlər bu cür dialoqun inkişafına dəstək verir. Sülhün vaxtı gəlib çatıb. Bu gün deyilsə, nə zaman olacaq? Siz və övladlarınız sülh yolu ilə məsələnin həllinə layiqsiniz. İki xalq bir-biri ilə qonşuluqda sülh şəraitində yaşamağa layiqdir. Mən bilirəm ki, bir gün iki xalq yan-yana, sülh şəraitində yaşayacaq. Biz istərdik ki, bunu danışıqlar yolu ilə təmin edək”.
banner

Oxşar Xəbərlər