• cümə, 19 Aprel, 13:55
  • Baku Bakı 25°C

Ceyhun Bayramov: “Multikultural cəmiyyət kimi daha yaxşı gələcək qurmağa sadiqik”

01.03.21 10:07 327
Ceyhun Bayramov: “Multikultural cəmiyyət kimi daha yaxşı gələcək qurmağa sadiqik”
Azərbaycan"Sıfır ayrı seçkilik” Günündə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulmasının 25-ci ildönümünü qeyd edir.
APA-nın məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı Tvitter hesabında paylaşım edib.
"Multikultural və çoxsaylı etnik qrupların yaşadığı cəmiyyət olaraq bərabərliyə vədaha yaxşı gələcək qurmağa sadiqik", - nazir bildirib .

Qeyd edək ki,BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAİDS) İİV-ə ( insanın immunçatışmazlığı virusu) yoluxmuş insanların ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması məqsədi ilə 2016-cı ildə martın 1-i "Sıfır ayrı seçkilik” Günü elan edib. Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 95-IQ nömrəli Qanunu ilə "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”ya qoşulub.
banner

Oxşar Xəbərlər