• çərşənbə axşamı, 23 aprel, 18:17
  • Baku Bakı 20°C

CEV vitse-prezidenti: Bu cür Avropa çempionatına görə Azərbaycana təşəkkürümü bildirirəm

23.09.17 17:15 1390
CEV vitse-prezidenti: Bu cür Avropa çempionatına görə Azərbaycana təşəkkürümü bildirirəm
Avropa Voleybol Konfederasiyası (CEV) qadınlar arasında Avropa çempionatının ev sahiblərinin seçimində səhv etməyib.
Bunu Trend-ə eksklüziv müsahibədə CEV-in vitse-prezidenti Özkan Mutlugil deyib.
Avro-2017-nin Bakı hissəsindən danışan vitse-prezident matçların keçirildiyi zaldan məmnun qaldığını bildirib.
Ö.Mutlugil Gürcüstanla birgə bu layihəyə göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq edib: "Azərbaycan Prezidenti İlham Əliyev turnirin axşam sessiyasında matça təşrif buyurdu. Bu, bizim üçün böyük şərəfdir. Mən də Avropa çempionatının startında inamlı qələbəyə görə Azərbaycan milli komandasını təbrik edirəm”.
Çempionatın favoritlərindən danışarkən o deyib: "Kim deyə bilərdi ki, Ukrayna hazırkı çempion Rusiyaya qarşı belə inadkar mübarizə aparacaq? Burada bütün komandalar finişə birinci çata bilər. Unutmayaq ki, burada qitənin ən güclü komandaları toplaşıb”.
Rusiya ilə Türkiyə arasında baş tutacaq oyuna gəldikdə isə CEV vitse-prezidenti qeyd edib ki, azarkeşlər səbrsizliklə bu oyunu gözləyir: "Rəqiblər bir-birini uzun zamandır ki, tanıyır. Fikrimcə, bizi axşam Avropanın iki ən adlı-sanlı komandası arasında fövqəladə oyun gözləyir”.
banner

Oxşar Xəbərlər