• cümə, 29 Mart, 00:56
  • Baku Bakı 7°C

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 90%-i yerinə yetirilib

20.09.17 10:05 976
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 90%-i yerinə yetirilib
"Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan, region ölkələri, eləcə də Aİ üçün böyük əhəmiyyət kəsb edir.
"APA-Economics” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilir.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan əraziləri boyunca Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 90%-i artıq yerinə yetirilib: "Hazırda bu kəmərlə "Şahdəniz” qazı Gürcüstan və Türkiyəyə nəql olunur. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və infrastruktur inşa olunur. Gürcüstan ərazisində tikinti işləri artıq tamamlanıb. Layihə başa çatdıqdan sonra kəmərin ümumi ötürücülük gücü ildə 23 mlrd. kubmetrə çatdırılacaq”.
banner

Oxşar Xəbərlər