• cümə, 19 Aprel, 21:22
  • Baku Bakı 24°C

Cənub Qaz Dəhlizi Azərbaycanın müstəqilliyini möhkəmləndirir - İbrahim Əhmədov

13.10.20 16:33 797
Cənub Qaz Dəhlizi Azərbaycanın müstəqilliyini möhkəmləndirir - İbrahim Əhmədov

Cənub Qaz Dəhlizi Azərbaycanın müstəqilliyini möhkəmləndirir, çünki biz öz enerji resurslarımızı özümüzə aid olan boru kəmərləri vasitəsi ilə dünya bazarlarına çıxarmağa nail olduq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın tamamlanmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, dünyanın bəlkə də ən böyük sənaye layihəsi olan Cənub Qaz Dəhlizi bütün maneələri dəf etdi və nəhayət reallaşdı:
"Cənub Qaz Dəhlizi 3500 km uzunluğunda bir-biri ilə bağlı olan 3 boru kəmərinin inşa olunması, 40 milyard dollar sərmayə qoyuluşu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan Şahdəniz yatağının işlənməsi deməkdir. SOCAR da bu nəhəng layihənin bütün seqmentlərində - Şahdəniz, Cənubi Qafqaz Boru Kəməri (SCP), TANAP və TAP boru kəmərlərində iştirak edir.
Hazırda TAP boru kəmərinin İtaliyanın qaz şəbəkəsinə qoşulması ilə bağlı işlər hələ davam edir və gələn ay başa çatacaq. İlin sonunadək Azərbaycanın təbii qazı, tarixdə ilk dəfə olaraq, birbaşa xətt üzrə Avropaya çatdırılacaq. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz rolunu daha da artıracaqdır. Azərbaycanın təhlükəsizliyi - Avropanın təhlükəsizliyi deməkdir.
Cənub Qaz Dəhlizi Azərbaycanın müstəqilliyini möhkəmləndirir, çünki biz öz enerji resurslarımızı özümüzə aid olan boru kəmərləri vasitəsi ilə dünya bazarlarına çıxarmağa nail olduq. Bununla Azərbaycan həm də gələcəkdə Avropa və Asiya arasında enerji daşınmalarının habına - mərkəzinə çevrilmək imkanını əldə edib".
banner

Oxşar Xəbərlər