• cümə axşamı, 28 mart, 14:27
  • Baku Bakı 16°C

Cənub bölgəsində turizm rekreasiya zonası yaradılacaq

19.08.17 09:20 2353
Cənub bölgəsində turizm rekreasiya zonası yaradılacaq
Ölkəmizin cənub bölgəsində turizm rekreasiya zonası yaradılacaq. Bununla bağlı yerlərdə lazımi işlərə başlanılıb.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar ƏzimovAZƏRTAC-a bildirib ki, bölgədə turizm rekreasiya zonasının yaradılması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan işçi qrupları tərəfindən Astara, Masallı, Lerik və Lənkəranın müvafiq yerlərinə baxış keçirilib, sənədləşmə işlərinə başlanılıb.
İlin sonunadək tamamlanacaq bu layihənin icrası ilk növbədə bölgə turizminin beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Məqsəd əhaliyə keyfiyyətli turizm xidmətlərinin göstərilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsidir.
Layihənin icrası cənub bölgəsində kənd təsərrüfatı və digər sahələrin inkişafına da təkan verəcək.
banner

Oxşar Xəbərlər