Cəmiyyət etiraz etdi, qapıçını həbsxanaya qaytardılar
Braziliyalı qapıçı Bruno Fernandes yenidən həbsxanaya göndərilib.
Kaspi.az xəbər verir ki, Fernandes keçmiş həyat yoldaşının ölümünü
sifariş etməkdə ittiham olunaraq, 22 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Həyat yoldaşı ondan aliment tələb etdiyi üçün futbolçu onun ölümünü sifariş
etmişdi. Qatillər Elizanı öldürdükdən sonra cəsədi parça-parça edərək, itlərə
atmışdılar.
Futbolçu 4 il həbsxanada qaldıqdan sonra apellyasiya şikayəti təmin
olunmuş və azadlığa çıxmışdı. Ancaq onun azadlığa çıxması Braziliya
cəmiyyətində kəskin etirazlara səbəb olmuşdu.
Nəticədə, Ali Məhkəmə işə baxaraq, qapıçının həbsxanaya qaytarılmalı
olduğu barədə qərar çıxarıb.
Fernandes azadlığa çıxdıqdan sonra Braziliyanın ikinci divizion klubu
ilə müqavilə bağlamış, 5 oyunda meydana da çıxmışdı.