• cümə axşamı, 28 mart, 20:00
  • Baku Bakı 13°C

Cəmil Həsənliyə cəza istəyirlər

20.09.13 10:50 1602
Cəmil Həsənliyə cəza istəyirlər
Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, dünənki debatda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçki qanunvericiliyi, eyni zamanda insan haqları ilə bağlı digər qanunvericilikləri kobud şəkildə pozaraq YAP-ın namizədinə qarşı təhqiramiz ifadələr, şər-böhtan səsləndirib ki, buna görə də cəzasını almalıdır: “Onsuz da Cəmil Həsənli efir vaxtından istifadə edərək platforması ilə yox, bizə qarşı şər-böhtan, təhqir kampaniyası ilə məşğuldur. Biz bununla bağlı hazırda Mərkəzi Seçki Komissiyasına rəsmi məktub hazırlayırıq və MSK-dan tələb edəcəyik ki, ciddi şəkildə bu məsələ araşdırılsın və təqsirkar ciddi cəzalandırılsın”.
S.Novruzovun sözlərinə görə, dünənki debatda, ümumiyyətlə, kampaniya çərçivəsində YAP namizədinin səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyətə, milli-mənəvi dəyərlərə toxunulacaq heç bir ifadə işlədilməyib: “Əksinə, bizim namizədə, eyni zamanda səlahiyyətli nümayəndəyə qarşı təhqiramiz ifadələr işlədilib, böhtan atılıb. Bu da ciddi şəkildə qanun pozuntusudur ki, təqsirkar tezliklə ciddi cəzasını almalıdır”.
YAP rəsmisi onu da xatırladıb ki, Cəmil Həsənli və “Azadlıq” qəzeti barədə qeyri-qanuni seçki təbliğatı ilə bağlı şikayət məktubları da YAP qərargahında hazırlanır və tezliklə MSK-ya, beynəlxalq təşkilatlara ünvanlanacaq.
banner

Oxşar Xəbərlər