• cümə, 26 Aprel, 23:26
  • Baku Bakı 22°C

Cəlilabaddakı "İran bazarı"nda yanğın olub

21.06.17 18:57 1360
Cəlilabaddakı "İran bazarı"nda yanğın olub
Cəlilabadda bazarda yanğın baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonu ərazisində yerləşən, "İran bazarı" kimi tanınan ərazidə qeydə alınıb.

Cehiz əşyaları satılan hissədə qeydə alınan yanğın artıq 4 mağazanı əhatə edib.

Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

Küləklihavayanğının söndürülməsinə mane olur.

Yanğının başvermə səbəbləri hələlik məlum məlum deyil.
banner

Oxşar Xəbərlər