• cümə axşamı, 18 aprel, 22:15
  • Baku Bakı 21°C

Cəlilabadda yol qəzası baş verib: 5 nəfər xəsarət alıb

13.02.17 10:45 918
Cəlilabadda yol qəzası baş verib: 5 nəfər xəsarət alıb
Cəlilabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün, axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran sakini, 38 yaşlı Fikrət Akif oğlu Orucov idarə etdiyi "Mersedes” markalı avtomobil ilə hərəkətdə olarkən qəfil bəqliyyat vasitəsinəidarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı divar maneəyə çırpılaraq əzilib.
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər -Bakı şəhər sakinləri - 27 yaşlı Məmmədağa Cəfər oğlu Ramazanov, 28 yaşlı Elşən Vahid oğlu Hüseynzadə, 28 yaşlı Rizvan İbrahim oğlu Cabbarov, 27 yaşlı Ceyhun Səfər oğlu Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər