• cümə, 26 Aprel, 10:35
  • Baku Bakı 12°C

Cəlilabadda ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb

19.02.17 19:44 1237
Cəlilabadda ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb
Cəlilabadda baş verən ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün Ələt –Astara yolunun 130 km-də, Qarəzəncir kəndi ərazisində "90 ZX 573” dövlət nömrə nişanlı yük maşını ilə BMV markalı "90 FX 557” markalı minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
İlkin məlumata görə, ölənlər "BMW”nin sürücüsü və sərnişinidir. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
banner

Oxşar Xəbərlər