• cümə, 19 Aprel, 21:35
  • Baku Bakı 24°C

Cəlilabadda ağır qəza - 2 ölü, 2 yaralı

22.03.17 21:37 959
Cəlilabadda ağır qəza - 2 ölü, 2 yaralı
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. ”VAZ-2106” markalı maşınla "Chevrolet” markalı avtomobil toqquşub.

Yol qəzasında bir ailənin iki üzvü ölüb, ikisi ağır yaralanıb. Ölənlər Masallının Ərkivan qəsəbə sakinləri, "VAZ 2106”-nın sürücüsü 1980-cı il təvəllüdlü Pərviz Abas oğlu Xəlilov və sərnişin, 1970-ci il təvəllüdlü Səbiyyə Ağalı qızı Xəlilovadır. Yaralılar 1962-ci il təvəllüdlü Famil Kamil oğlu Xəlilov və onun oğlu, 2001-ci il təvəllüdlü Əsəd Xəlilovdur.

Yaralıların vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə yola salınıb. Qeyd edək ki, "Chevrolet” markalı minik avtomaşınında olan iki nəfər yüngül xəsarət alıb.
banner

Oxşar Xəbərlər