• cümə, 19 Aprel, 15:38
  • Baku Bakı 25°C

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

04.09.17 14:55 1410
Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
banner

Oxşar Xəbərlər