• cümə axşamı, 28 mart, 20:53
  • Baku Bakı 13°C

Cəbhəboyu zonada yeni hərbi şəhərcik istifadəyə verilib - Fotolar

23.12.16 15:46 1193
Cəbhəboyu zonada yeni hərbi şəhərcik istifadəyə verilib - Fotolar
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi kompleksin açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi şəhərciyin ərazisindəki qərargah, döyüş texnikası saxlancları, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyətlə görüşdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsində əldə edilən uğurlardan danışıb. Nazir döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib, hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı göstərişlərini verib.







banner

Oxşar Xəbərlər