• cümə, 29 Mart, 13:16
  • Baku Bakı 14°C

Cavid Qurbanov təltif olunub

23.06.17 16:50 1054
Cavid Qurbanov təltif olunub
Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında qazanılan nailiyyətlərə və dəmiryolçuların sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid QurbanovMDBvə Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqı Konfederasiyasının 25 illik gümüş xatirə nişanı ilə təltif olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "APA-Economics"ə bildirib ki, xatirə nişanı bu gün C.Qurbanova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən təqdim edilib.
banner

Oxşar Xəbərlər