• cümə axşamı, 18 aprel, 21:11
  • Baku Bakı 21°C

Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb

03.12.17 19:47 2632
Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb
Yüzilliyin layihəsi adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb.
AZƏRTACxəbər verir ki, bu sözləri Tbilisidə jurnalistlərə müsahibəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov söyləyib.
C.Qurbanov deyib: "Azərbaycan bu layihəni reallaşdırmaqla dünyaya sübut etdi ki, nəinki öz ərazisində, hətta başqa ölkələrin ərazilərində də irimiqyaslı, dünya əhəmiyyətli layihələrin həm maliyyələşdirilməsini, həm də tikintisini həyata keçirə bilər. Bununla Azərbaycan öz qüdrətini göstərdi və öz sözünü dedi”.
Onun sözlərinə görə, BTQ-nin tikintisi həm də onu göstərdi ki, Azərbaycan Prezidentinin siyasəti çox düzgündür və ölkəmiz doğru yoldadır.
"Bu layihə, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunun möhkəmlənməsinə xidmət edir”, - deyə, C.Qurbanov vurğulayıb.
banner

Oxşar Xəbərlər