• çərşənbə axşamı, 19 mart, 10:57
  • Baku Bakı 8°C

“Caucasus İnternational” jurnal BSU-da

24.11.17 18:10 3435
“Caucasus İnternational” jurnal BSU-da
"Caucasus İnternational” jurnalının baş redaktorunun müavini İlqar Qurbanov Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. Universitetin rektoru, Nurlana Əliyeva jurnal rəhbərliyini qəbul edib, gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Sonra İ.Qurbanovun tələbələrlə görüşü olub. Xatırladaq ki, jurnalın təsisçisi Azərbaycan Respublikası Prezident Aparatı nəzdində Strateji Araşdırmalar Mərkəzidir. 2008-ci ildən nəşr olunan jurnal ildə iki dəfə ingilis dilində dərc olunur.
Baş redaktorun müavini İlqar Qurbanov "Caucasus İnternational”ın digər ölkələrin elmi strukturları ilə sıx əlaqələrə malik olduğunu, xarici ölkələrdəki səfirliklərimiz vasitəsilə dünyaya yayıldığını bildirib. O, jurnalın yaradıcı və texniki heyət üzvlərinin bəzilərinin xarici ölkələrdə yaşadığını, beynəlxalq təcrübəni yaxşı bildiklərini diqqətə çatdırıb. İ.Qurbanov jurnalın hər nömrəsinin bir problemə həsr olunduğunu və bu günədək 15 mövzunu əhatə etdiyini bildirib.
İ.Qurbanov "Caucasus İnternational”ın artıq Tomson Röyters qrupuna düşmək üçün sənədlərin hazırlandığını da vurğulayıb. O, bu məsələnin jurnalın yaradıcı heyəti üçün son dərəcə önəmli olduğunu deyib.
Baş redaktorun müavini Azərbaycan Respublikası Ali Attestasiya Komissiyanın doktorantların qarşısında qoyduğu tələblərdən birinin Tomson Röyers qrupuna düşən jurnalda məqalə çap etdirmək olduğunu və jurnal rəhbərliyinin bu istiqamətdə də fəaliyyət göstərdiyini bildirib. O deyib: "Bu məsələ gənc müəlliflər üçün çox böyük çətinlik yaradırdı. Jurnalımız həmin qrupa düşdüyü halda, bu çətinlik aradan qalxacaq. Bir tərəfdən gənclərimiz beynəlxalq elmi müstəviyə çıxa biləcək, digər tərəfdən issə, texniki problemlər aradan qalxacaq”.
Baş redaktorun müavini jurnalın qonarar fondunun olduğunu və elmə həvəsi olan insanların bundan yararlana biləcəyini nəzərə çatdırıb.
İ.Qurbanov Strateji Araşdırmalar Mərkəzində tələbələrin müxtəlif dillər üzrə təcrübə keçməsinin mümkünlüyünü də qeyd edib. Qərara alınıb ki, yaxın vaxtlara məsələnin detalları həll olunsun.
banner

Oxşar Xəbərlər