• cümə axşamı, 25 aprel, 12:50
  • Baku Bakı 23°C

Canavarlar qoyun sürüsünə hücum etdi

16.08.13 11:40 3225
Canavarlar qoyun sürüsünə hücum etdi
APA-nın məlumatına görə, hadisə avqustun 15-də günorta saat 13:00 radələrində baş verib. Vəhşi heyvanlar 3 qoyunu yerindəcə öldürüb, 6 qoyunu isə ölümcül yaralayıblar.
B. Hüseynov maşında olduğundan canavarlar ona xəsarət yetirməyiblər. O, səs-küy saldıqdan sonra canavarlar sürüdən aralanıb. Hadisə yerinə çağırılan yerli baytar həkimləri yaralı heyvanlara kömək göstərib və onlara quduzluğa qarşı vaksinlər vurublar.
Kənd sakinlərinin sözlərinə görə, ilk dəfədir ki, canavarlar günorta saatlarında mal-qaraya hücum edib. Adətən bu cür hallar gecə saatlarında və yağıntılı havalarda müşahidə olunur.
banner

Oxşar Xəbərlər