• cümə, 29 Mart, 12:31
  • Baku Bakı 14°C

Cabbar Musayev Təranə Qumrala 5 min manat vermək istəmir

11.09.13 14:48 2505
Cabbar Musayev Təranə Qumrala 5 min manat vermək istəmir
“Mən Nərimanov Məhkəməsinin çıxardığı qərarla razı deyiləm. Mütləq apellyasiya şikayəti verəcəyəm”. Bunu AzNews.az-a müğənni və bəstəkar Cabbar Musayev deyib. Onun sözlərinə görə, məhkəmənin qərarı gözlənilməz olub: “Mən belə bir qərarı ağlıma da gətirməzdim. Haqsızlıqlar. Mənim iddiam olacaq. Təranə mənim ailəmi, gəlinimi təhqir edib. Mən qardaşım deyən təhqirləri demişəm. Qardaşım deyib ki, “o əxlaqsızdı”, mən də bunu demişəm. Məhkəmə bizə Azərbaycan tarixində görünməyən cərimə yazıb. Şəxsi münaqişəyə görə bu boyda cərimə göstərilmir. Bu, Bakı Apellyasıya Məhkəməsində öz əksini tapacaq. Oradada da tapmasa, mütləq Ali Məhkəmədə tapacaq. Sən demə, burada ikili oyunlar gedib. Elə başa düşmüşük ki, normal söhbətlər gedib. Sən demə, bu oyunmuş”.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsi Təranə Qumralın Cabbar və Əlisahib Musayev qardaşlarına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə İbrahimova Təranə Xeyrulla qızının təqdim etdiyi ilkin iddia ərizəsinin qismən təmin edilməsi barədə qərar çıxarıb.
Qətnaməyə əsasən, Musayev Cabbar İnqilab oğlu və Musayev Əlisahib İnqilab oğlu Təranə Qumrala vurduqları mənəvi ziyana görə hər biri 5000 manat təzminat ödəməli və onun barəsində səsləndirdikləri fikirləri təkzib etməlidirlər.
banner

Oxşar Xəbərlər