• cümə axşamı, 28 mart, 21:56
  • Baku Bakı 13°C

“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə

30.03.20 22:38 414
“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə
"Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya Bakı şəhəri və Abşeron rayonunun ardından 50 saylı Abşeron-Qobustan seçki dairə üzrə millət vəkili Şahin Seyidzadənin təşəbbüsü və Qobustan rayon İcra Hakimiyyətinin dəstəyi ilə artıq Qobustan rayonunda da fəaliyyətə başlayıb.
Bununla bağlı, "Könüllü qərargahı” artıq öz işinə başlayıb. Qərargahın yaradılmasında əsas məqsəd Qobustan rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. Könüllülərin və Dövlət Sosial Müdafiə Fondu Qobustan şöbəsinin Sosial xidmət sektorunun birgə dəstəyi ilə vətəndaşlara sosial xidmətlər göstərilib.
Həmçinin qeyd edək ki, artıq Qobustan rayonu üzrə İcra Hakimiyyətinin təşəbbüsü ilə 100-dən çox 65 yaşdan yuxarı şəxslərə qida məhsulları yardımı çatdırılıb.
Məlumat üçün bildirək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə həyata keçirilən "Böyüklərimizi qoruyaq!” sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənhalar üçün nəzərdə tutulub. Sosial xidmətçi və Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının tələbə-könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidmətindən istifadə olunur.
Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00) Qobustan rayonu üzrə: (020) 2452230
#böyüklərimiziqoruyaq #covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü
banner

Oxşar Xəbərlər