AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Böyük oyun”u qalmaqallı baş hakim idarə edəcək

“Böyük oyun”u qalmaqallı baş hakim idarə edəcək

İdman
12 Dekabr 2012, 12:45 1683
Futbol üzrə Topaz Premyer Liqasında XVII turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran” və “Neftçi” arasında keçiriləcək “Böyük oyun”a ötən tur kobud səhvə yol vermiş Fariz Yusifov təyinat alıb.

Yusifov AZAL-la matçda “İnter”in lehinə təmiz penaltini təyin etməyib. AFFA Hakimlər Komitəsi isə həmin epizodu yan xətt hakimi Elman Musayevin görməli olduğunu iddia edib. Bu səbəbdən, Yusifov növbəti məsul matça təyinat aldığı halda, onun köməkçisi qismində Musayevi Azər Əsgərov əvəzləyib.

Əvəzində baş hakimlərdən Elçin Məmmədov I divizionun “Neftçala” – “Qaradağ-Lökbatan” görüşünə göndərilib. Məmmədov ötən tur “Qəbələ”nin “Sumqayıt”ı 1:0 hesabı ilə yendiyi matçı idarə edib. Ötən tur “Neftçi” ilə qarşılaşmada “Rəvan”ın təmiz penaltisini verməyən Anar Salmanov da cəza almayıb. Salmanov “Bakı” ilə “Qarabağ” arasındakı görüşü idarə edəcək.

14 dekabr (cümə)

16:00. “Xəzər Lənkəran” – “Neftçi” (Bakı)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Rza Məmmədov, Ramiz Məhərrəmov
Lənkəran şəhər mərkəzi stadionu

15 dekabr (şənbə)

14:00. “Kəpəz” (Gəncə) – “İnter” (Bakı)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev
Gəncə şəhər stadionu

14:00. “Bakı” – “Qarabağ” (Ağdam)
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Namiq Hüseynov, Orxan Məmmədov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

15:00. AZAL (Bakı) – “Turan” (Tovuz)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Göyçayski
Bakı, “AZAL Arena”

16 dekabr (bazar)

14:00. “Qəbələ” – “Simurq” (Zaqatala)
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

16:00. “Rəvan” (Bakı) – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Tahir Əhmədov
Bakı, “Bayıl Arena”.