“Böyük ömrün dastanı” əsəri əsasında kompozisiya nümayiş olunub
Azərbaycan Dillər
Universitetində (ADU) Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən xalq şairi Zəlimxan
Yaqubun "Böyük ömrün dastanı” əsəri əsasında səhnələşdirilən və ümummilli lider
Heydər Əliyevin əziz xatirəsinə həsr olunan musiqili ədəbi-bədii tədbir
keçirilib. Tədbir ADU ilə Şuşa Dövlət Musiqili
Dram Teatrı arasıındakı əməkdaşlıq çərçivəsində baş tutub.
Ümummilli lider Heydər Əliyevin əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev
iştirakçıları salamlayaraq Şuşa Dövlət Musiqili Dram Teatrını universitetdə
görməkdən məmnun olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin anım
günü olduğunu xatırladaraq tədbirin onun əziz xatirəsinə həsr olunduğunu söyləyib.
Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu deyən Ə.Əliyev
onun Azərbaycanı məhv olmaqdan xilas
etdiyini sözlərinə əlavə edib. O, vurğulayıb ki, Heydər Əliyev ADU-nun müstəqil
universitet kimi fəaliyyət göstərməsində də mühüm rol oynayıb.
Daha sonra tədbirin bədii hissəsi
başlayıb. Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən nümayiş olunan
kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.