• cümə axşamı, 25 aprel, 15:19
  • Baku Bakı 23°C

Böyük Britaniyanın Azərbaycandakı səfiri "Chevening" proqramının bu ilki qaliblərinin şərəfinə qəbul təşkil edib

25.08.16 23:01 1359
Böyük Britaniyanın Azərbaycandakı səfiri "Chevening" proqramının bu ilki qaliblərinin şərəfinə qəbul təşkil edib
Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts Britaniya hökumətinin xarici tələbələrin bu ölkədə təhsil alması üçün təşkil etdiyi "Chevening" proqramının bu ilki qaliblərinin şərəfinə qəbul təşkil edib.

APA-nın məlumatına görə, qəbulda çıxış edən səfir bu proqramın azərbaycanlı tələbələr üçün 1994-cı ildən təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, indiyə kimi proqram çərçivəsində Britaniyaya 170-dən çox azərbaycanlı tələbə göndərilib: "Ötən il bu rəqəm 9 olub. Bu il isə 5 tələbə göndəriləcək. Onlar Britaniyanın müxtəlif məşhur universitetlərində təhsil alacaqlar".

Səfir əlavə edib ki, bu proqram Britaniya dəyərləri, mədəniyyətinin təbliğində böyük rol oynayır.

Tədbirdə həmçinin "Chevening" proqramı məzunlarının assosiasiya yaratmaq niyyətləri barədə də məlumat verilib.
banner

Oxşar Xəbərlər