• cümə, 29 Mart, 09:49
  • Baku Bakı 5°C

BVF: Azərbaycan iqtisadiyyatı gələn il 2% artacaq

13.10.20 16:55 848
BVF: Azərbaycan iqtisadiyyatı gələn il 2% artacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə verdiyi yeni proqnoza əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artım tempi 2% təşkil edəcək.
"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin "World Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir.
Hesabatda həmçinin qeyd olunub ki, bu il Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən 4% azalacaq.
Qeyd edək ki, fondiyunda 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 2,2% azalacağını, 2021-ci ildə isə 0,7% artacağını gözləyirdi.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda ÜDM istehsalı 2,2% artıb.
banner

Oxşar Xəbərlər