AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bütün oyunlar paytaxtda?

Bütün oyunlar paytaxtda?

İdman
08 Aprel 2020, 13:36 253
Koronavirusa görə dayandırılan A seriyasının davam etdirlməsi üçün müxtəlif variantlar müzakirə olunur. 
 
Kaspi.az xəbər verir ki, variantlar arasında, qalan bütün oyunların paytaxtda – Romada keçirilməsi də var. Amma bu ən son variant kimi nəzərdə tutulur. 
 
Əgərə bu varianta üstünlük veriləcəksə, onda bütün klublar paytaxtda toplaşacaq, qısamüddətli təlim-məşq keçəcək və çempionat davam etdiriləcək. Bütün bunlar 45 gün müddətində olacaq. 
 
Bu variant koronavirusdan qorunmaq üçün də yararlı hesab olunur. Futbolçular mütəmadi olaraq testdən keçəcəklər. Onların hətta jurnalistlərlə görüşünə də icazə verilməyəcək. Qarşılaşmaları idarə edəcək hakimlər də futbolçularla birgə təlim-məşq keçəcəklər.