Burulğana düşən “axın”
Rusiyanın ən iri
layihəsinin reallaşması yenə də sual altındadır
Qərb, xüsusən də Birləşmiş Ştatlarla Rusiya arasında uzun müddətdir
ki, gərginlik mövzusuna çevrilən "Şimal Axını-2” layihəsi növbəti problemlə
üzləşib. Bəllidir ki, Rusiyanı Avropanın
enerji bazarından sıxışdırıb çıxarmağı planlayan Birləşmiş Ştatlar, imkan düşən
kimi bundan yararlanmağa çalışır. Və deyəsən, indi belə bir imkan yaranıb.
Layihənin reallaşması istiqamətində son işlərin getdiyi bir ərəfədə növbəti bir
hadisə yenidən vəziyyəti gərginləşdirib. Söhbət rusiyalı bloger, Kremlin sərt
tənqidçisi Aleksey Navalnının zəhərlənməsi və bunun ətrafında yaşananlardan gedir.
Navalnı müalicə üçün Almaniyaya aparıldıqdan dərhal sonra layihənin
dayandırılması, Rusiyaya qarşı sanksiyaların tətbiqi ətrafında ittihamlar
səsləndi.
Məsələ o qədər qəlizləşib ki, ABŞ Dövlət katibi Mayk Pompeo "Şimal
Axını-2”
qaz kəmərinin tikintisini bitirməyə müqavimət göstərmək üçün koalisiya yaratmaq
niyyətini ortaya qoyub.
Ümid etdiyini bildirib ki, "Şimal Axını-2” başa çatmayacaq. Pompeo
"Şimal Axını-2”
kəmərinin təkcə Avropaya yox, Ukraynaya da təhdid olduğunu söyləyib.
Qarşı tərəf - Rusiya da buna reaksiya verib. Rusiya Xarici Kəşfiyyat
Xidmətinin rəhbəri Sergey Narışkin deyib ki, Vaşinqton üçün "Şimal Axını-2” layihəsinin qapadılması
həddən artıq vacibdir.
"Amerikalılar açıq təhdidlərlə
bərabər, Avropa ölkələrində fərqli məxfi kanallarla "Şimal Axını-2” tikintisinin dayandırılması
tələbi ilə kampaniya başladıblar. Bu layihənin Polşa, Litva, Latviya, Estoniya
və Ukrayna tərəfindən hücumlara məruz qalması təəccüblü deyil. Onlar Vaşinqtona
özlərinin yararlı olduğunu nümayiş etdirməyə cəhd edirlər”, – deyə o bildirib.
Narışkin Avropa İttifaqında soyuq qış öncəsi sağlam məntiqin olacağına ümid
etdiyini söyləyib: "Rusiya "Şimal Axını-2”olmadan da
Avropanırazılaşdırılmış qaz nəqliilətam həcmdə təmin edə
bilər, lakin bu,həm satıcı, həm də alıcı üçün baha başa
gələcək”.Dövlət Dumasının Energetika Komitəsinin rəhbəri və
RusiyaQaz Cəmiyyətinin prezidenti Pavel Zavalnidaiqtisadi
layihənin siyasi çəkişmələr predmeti olmasından təəssüfləndiyini
bildirib."Məsələ heç də amerikalıların öz qazını yalnız sıxılmış maye
şəklində nəql etmək istəməsində deyil, həm də bizim qazımızdan baha olması və
Avropa bazarında rəqabət qabiliyyətini itirməsindədir.Amma qaz kəməri
layihəsindən bizi AlmaniyavəAvropa İttifaqı, bütün dünya ilə
mübahisəyə çəkməküçün geosiyasi məqsədlər üçün istifadə etməyə
çalışırlar", - deyədeputatqeyd edib.
Almaniyanın mövqeyi necə olacaq?
Məsələ ondadır ki, Berlin, layihənin reallaşmasının əsas
müdafiəçilərindən biri olub və Navalnı işi və qaz kəmərinin tikintisini
bir-biri ilə əlaqələndirməməyi irəli sürsə də, bu təklif keçməyib. Lakin AFR-in
hərbi toksikoloqlarıNavalnının"Noviçok” qrupu maddələri ilə
zəhərləndiyinə dairxəbər verdikdən sonraalman hökumətinin üslubu
dabir qədər dəyişdi.Almaniyanın xarici işlər naziri Hayko
Maasbəyan etdiki,Berlinin "Şimal Axını-2” ilə bağlı mövqeyi Rusiyanın
Navalnı insidenti ilə bağlı atacağı addımlardan asılı ola bilər. Kansler Angela
Merkeldəonun mövqeyini dəstəklədi. Bununla yanaşı,Polşa
hökumətinin mətbuat katibi Pyotr Müller bildirib ki, ölkə hakimiyyəti Berlinin
"Şimal Axını - 2”
qaz kəmərindən istifadədən imtina edəcəyi təqdirdə, qazın nəqli üçün AFR-ə öz
infrastrukturunu təklif edə bilər. Onun sözlərinə görə,"Şimal Axını-2” kimi təşəbbüslər həmrəylik və
enerji təhlükəsizliyi ideyasına ziddir.
Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss
etmişdi. Təyyarə təcili qaydada Omsk şəhərinə enmişdi. Daha sonra qohumları
Aleksey Navalnının müalicə üçün Almaniyaya göndərilməsinə nail olmuşdu.
Almaniyanın xarici işlər naziri Kremlin yaxın gələcəkdə Aleksey
Navalnının zəhərlənməsi barədə məlumat verməyəcəyi təqdirdə Rusiyaya qarşı
sanksiyaların tətbiq olunmasının mümkünlüyünü istisna etməyib. Heiko Maas
Almaniyanın"Bild am Sonntag”qəzetinə hücumun arxasında Moskvanın
olduğuna dair "bir neçə əlamət" olduğunu bildirib. "Əgər hökumətin hücumla
heç bir əlaqəsi yoxdursa, bunu faktlarla təsdiq etmək onun öz marağındadır.
Yaxın günlərdə Rusiya nə baş verdiyini aydınlaşdırmağa kömək etməsə,
müttəfiqlərimizlə cavab tədbirlərini müzakirə etmək məcburiyyətində
qalacağıq", - Maas bildirib. O qeyd edib ki, hər hansı sanksiya
"hədəfləyici" olmalıdır. Almaniya hazırda Avropa İttifaqına liderlik
edir. "Bizim Rusiya hökumətinin bu ağır cinayətin üstünü açacağı ilə bağlı
gözləntilərimiz yüksəkdir", - Maas vurğulayıb: "Əgər hökumətin
hücumla heç bir əlaqəsi yoxdursa, bunu faktlarla təsdiq etmək onun öz
marağındadır". Maas, inşası davam edən 11 milyard dollarlıq "Şimal Axını-2” qaz kəmərinə qarşı
sanksiyaları da istisna etməyib. "Mən ümid edirəm ki,... Rusiya tərəfi
bizi "Şimal Axını-2”
ilə bağlı mövqeyimizi dəyişdirməyə məcbur etməyəcək" – deyə, o bildirib. Nazir,
Almaniyanın müvafiq qiymətləndirmədən sonra layihənin potensial ləğvi ilə bağlı
addım atmaqdan çəkinməyəcəyini və sanksiyalarla bağlı müzakirələrin bir maddəyə
"endirilməməli” olduğunu bildirib. "Noviçok yalnız az sayda insan
tərəfindən əldə edilə bilər və bu zəhərdən Rusiya xüsusi xidmət orqanları
tərəfindən keçmiş agent Sergey Skripala qarşı istifadə edilmişdi", - Maas"Bild
am Sonntag”qəzetinə bildirib.
Kreml məsələni
qarışdırmamağa çağırır
Kremlin sözçüsü Dmitri Peskov müxbirlərlə videobağlantı vasitəsilə
keçirdiyi mətbuat konfransında deyib ki, Navalnı məsələsi müzakirə olunarkən
"Şimal Axını 2”
kəmərinin məsələsi qaldırılmamalıdır: "Bu məsələ siyasiləşdirilmiş kontekstdə
müzakirəyə çıxarılmamalıdır. Bu həm Rusiyanın, həm də Avropa İttifaqı
ölkələrinin, ən ümdəsi Almaniyanın marağında olan kommersiya layihəsidir”.
Rusiyanın hakimiyyət orqanları Navalnının zəhərlənməsi ilə bağlı cinayət
təhqiqatı aparmaqdan imtina edir. Moskva bildirir ki, zəhərlənməyə dair tutarlı
dəlillər yoxdur. Peskov deyib ki, Moskva bu məsələdə Almaniya ilə əməkdaşlıq
etməyə can atır, amma indiyədək onun cəhdlərinin qarşısı alınıb: "Berlin
Navalnının başına gələnlərlə bağlı təhqiqat və aydınlaşdırma tələb edir. Bu
məsələdə irəliləyişə nail olunması və bütün təfərrüatın aydınlaşdırılması üçün
Almaniya ilə əməkdaşlıq mühümdür. Rusiya əməkdaşlığa can atır, amma onun
səylərinə indiyədək qarşılıq verilməyib”. "Şimal Axını- 2” kəməri, Rusiyadan Almaniyaya
qaz nəql edən mövcud "Şimal axını 1”
kəmərinin tutumunu iki dəfə artırmalıdır. Kəmərin 90 faizi tikilib və 2021-ci
ilin əvvəllərində istifadəyə verilməlidir.
Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko söyləyib ki,
Navalnı hadisəsi ilə bağlı yaranmış vəziyyət "Şimal Axını-2” layihəsinə təsir
etməməlidir. "Biz verilmiş bəyanatların
hamısını eşidirik. Lakin bizim mövqeyimiz bəllidir. Bu ticari layihədir və
siyasətdən kənar qalmalıdır”, - deyə o, jurnalistlərə bildirib. O, həm də ABŞ
prezidenti Donald Trampın Navalnının zəhərlənməsi səbəbindən bu layihədən
imtina olunması bəyanatına da şərh bildirib. "Burada yeni heç nə yoxdur. Onlar
davamlı və sistematik olaraq "Şimal Axını-2” layihəsinə qarşı mübarizə aparırlar. Sonunda
Avropa, əgər vassal vəziyyətinə düşmək istəmirsə, öz milli maraqlarını ifadə
etməyə güc tapmalıdır”.
ABŞ sanksiyaları gündəmə
gətirib
Vaşinqton qaz kəmərinə görə sanksiyalar tətbiq etmək hədələrini
gerçəkləşdirə bilər. Bu barədə ABŞ-ın enerji naziri Rik Perri deyib. Perri
Rusiyanı "məsuliyyətli təchizatçı” olmaqdan və öz ehtiyatlarından "nüfuz və
pozuculuq” üçün sui-istifadəni dayandırmağa çağırıb. "Şimal Axını-2” layihəsi hazırda Avropa
İttifaqına nəql olunan Rusiya qazının (ildə 110 milyard kubmetr) həcmini iki
dəfə artırmalıdır. Bu, Avropa İttifaqının bütün qaz istehlakının 25 faizini
təşkil edir. Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək
1230 kilometrlik kəmər ənənəvi tranzit olan Ukrayna ərazisindən yan keçməlidir.
"ABŞ"Şimal Axını -
2”layihəsinə qarşı cəzalandırıcı tədbirlər elan edə bilərmi”sualına
Perry"bəli”cavabını verib. O, sanksiyaların "Şimal Axını 2” layihəsinin hansı
mərhələsində gercəkləşə biləcəyi barədə suala cavabdan yayınıb. Birləşmiş
Ştatlar, Polşa və Baltik ölkələri, habelə bir neçə Avropa İttifaqı üzvü bu
layihə ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bir çox siyasətçilər bu
qənaətdədirlər ki, layihə Qərbi Avropanın Rusiya qazından asılılığını
artıracaq.
ABŞ prezidenti Donald Tramp "Şimal Axını 2” layihəsində iştirak edən
şirkətlərə sanksiya qoymaq səlahiyyəti verən fərman imzalayıb. Bu layihəyə
"Qazprom”la yanaşı bir sıra Avropa investorları sərmayə yatırıblar. Kreml israr
edir ki, "Şimal Axını 2”
layihəsinə qarşı mümkün sanksiyalar iqtisadi motivlidir və ABŞ-ın maye qazının
maraqlarına xidmət edir. Perri Moskva görüşü zamanı deyib ki, bu kəmər "dar və
dayaz dəniz məkanında” təhlükəli vəziyyət yarada bilər. O əlavə edib ki, ABŞ
avropalıların yeganə təchizatçıdan asılı olmamaq istəyini və rəqabətliyin
artmasını dəstəkləyir.
Bir faktı da qeyd edək ki, ötən ilin sonundaABŞ
Konqresi2020-ci maliyyə ili üçün müdafiə büdcəsi haqqında qanun
layihəsini təsdiqləyib. Sənəddə"Şimal Axını-2”tikintisində iştirak
edən 350 şirkətə qarşı sanksiyalar nəzərdə tutulur. Vaşinqton podratçılardan
qaz kəməri üzərində işin dərhal dayandırılmasını tələb edir. Ayın 21-də
sanksiyalar qüvvəyə minib. Bundan sonra boru və kabellərin su altından
çəkilməsi üzrə ixtisaslaşan İsveçrənin "Allseas” şirkəti öz borularını Baltik
dənizindən geri qaytarmalı oldu.Bu o zaman idi ki, Bundestaqda ABŞ-ı
siyasətin "ac şir”i adlandırırdılar. İndi məhdudiyyətlər "Şimal Axını-2”-nin
tikinti iştirakçıları ilə işləyən sığorta şirkətlərinə də şamil edilə bilər.
ABŞ-ın sanksiyalarından və təhdidlərindən sonra Almaniya
siyasətçiləri arasında qaz kəmərinin tikintisinin başa çatdırılmasının
tərəfdarlarının sayı xeyli artıb. Məsələn, Almaniya parlamentinin xarici
məsələlər komitəsinin üzvüRoderix Kizevetterəvvəllər "Şimal
Axını-2”-yə qarşı çıxırdı. Lakin Vaşinqtonun hədələri onda daha çox sual
doğurub. "Mən başa düşmürəm ki, "Şimal Axını-2” layihəsiABŞ-ın milli təhlükəsizliyinə
nə kimi problem yarada bilər”,– deyə o qeyd edib.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, ABŞ-ın
Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmaq planı elə də asan
olmayacaq. Rusiya nəyin bahasına olursa-olsun bu kəməri reallaşdıracaq. Və bu,
ona əlavə vəsaitlər hesabına başa gəlsə belə. Belə baxanda, elə Vaşinqtona da
bu lazımdır. Rusların daha çox pulu sərf
olunsun. Kəmərin rentabelliyi, gəlir gətirmə müddəti bir qədər də uzansın.
Bütövlükdə isə hər şey hadisələrin sonrakı gedişindən asılı olacaq. Bu
irimiqyaslı layihə Kreml üçün artıq iqtisadi məsələdən çox, siyasi məsələyə
çevrilib.
Azər NURİYEV