“Bunu Messi və Ronaldodan başqa heç kim bacarmaz”
"Barselona”nın sabiq futbolçusu Ronald Kuman futbol dünyasında baş
verənlər münasibət bildirib.
Kaspi.az xəbər verir ki, hazırda "Everton”un baş məşqçisi olan Kuman,
komanda yoldaşlarının dəstəyi olmadan heç bir futbolçunun ulduz ola
bilməyəcəyini vurğulayıb. O, bu mənada, yalnız 2 futbolçunun istisna olduğunu
deyib.
Kuman yalnız Lionel Messi ilə Kriştiano Ronaldonun istisna təşkil
etdiyini bildirib: "Messi və Ronaldodan savayı, heç kim komanda yoldaşlarının
dəstəyi olmadan ulduz olmağı bacarmaz”.