• cümə axşamı, 25 aprel, 04:49
  • Baku Bakı 19°C

Bulvarda ofisiantlar arasında kütləvi dava oldu

04.05.15 11:14 1073
Bulvarda ofisiantlar arasında kütləvi dava oldu
Bakıda Dənizkənarı Milli Parkda yerləşən restoranlardan birinin ofisiantları arasında kütləvi dava baş verib.
Report-un məlumatına görə, əvvəlcə restorandakı xarici ölkə vətəndaşı olan müştəriyə qulluq etmək üstündə ofisiantlar arasında mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Restorandan bayıra çıxan ofisiantlar Dənizkənarı Milli Parkın ərazisindəki ictimai yerdə bir-birilərinin ünvanına təhqiramiz ifadələr işlədərək dava ediblər. Hadisədən sonra dava edən ofisiantlar ərazidə xidmət aparan polislər tərəfindən oradan uzaqlaşdırılıb.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər