• şənbə, 20 Aprel, 02:57
  • Baku Bakı 15°C

Builki Beynəlxalq Uşaq Kitabı Günü “Söz aclığı” mövzusuna həsr olunacaq

03.03.20 12:30 1611
Builki Beynəlxalq Uşaq Kitabı Günü “Söz aclığı” mövzusuna həsr olunacaq
Hər il Beynəlxalq Uşaq Kitabları Şurasının (International Board on Books for Young People – IBBY) milli seksiyası Beynəlxalq Uşaq Kitabı Gününün sponsoru olmaq imkanı qazanır. Beynəlxalq sponsor olan ölkə mövzunu müəyyənləşdirərək, uşaqlara müraciət yazmaq üçün yazıçını və plakat hazırlamaq üçün illüstratoru seçir.
AZƏRTACIBBY şurasının saytına istinadla xəbər verir ki, Sloveniya builki Beynəlxalq Uşaq Kitabı Gününün sponsorudur. Sloveniya yazıçısı Peter Svetina "Söz aclığı” sərlövhəli yazısı ilə uşaqlara müraciət edib. Müraciətdə məktəbli oğlanın görmə problemi ilə bağlı bir müddət mütaliəni dayandırması, müalicədən sonra kitabı acgözlüklə oxuması, mütaliənin uşaqların dünyagörüşünə təsiri, bədii əsərlərin insan üçün mənəvi qida olduğu bildirilir.
Beynəlxalq Uşaq Kitabı Gününün plakatını isə Sloveniya rəssamı və illüstrator Damian Stepançiç hazırlayıb.
banner

Oxşar Xəbərlər