• şənbə, 20 Aprel, 12:53
  • Baku Bakı 23°C

Büdcə gəlirlərində ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir

05.08.20 13:07 658
Büdcə gəlirlərində ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir
Azərbaycanda dövlət tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiyası səbəbindən yaranmış neqativ iqtisadi proseslərin dərinləşməsinin qarşısı əhəmiyyətli dərəcədə alınıb.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, lakin qarşıda duran təhlükələr var və bu da əsasən dövlət büdcəsinin gəlirlərinin azalması ilə bağlıdır. Onun sözlərinə görə, neft sektorundan əldə olunan mənfəət vergisi və gömrük rüsumlarının azalması proqnozlaşdırılır. Nazir qeyd edib ki, ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir.
banner

Oxşar Xəbərlər