• cümə, 29 Mart, 02:36
  • Baku Bakı 7°C

Budapeştdə “Xocalı qadınları ədalət istəyir” adlı yürüş təşkil olunub

26.02.20 20:50 1034
Budapeştdə “Xocalı qadınları ədalət istəyir” adlı yürüş təşkil olunub
Fevralın 26-da Macarıstanın paytaxtı Budapeşt şəhərində Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə "Xocalı qadınları ədalət istəyir” adlı yürüş təşkil olunub.
AZƏRTACxəbər verir ki, Azərbaycanın Macarıstandakı səfirinin xanımı Şəhla Vəzirovanın təşəbbüsü və yaxından iştirakı ilə keçirilən dinc yürüşdə bu ölkədəki Azərbaycan diasporunun xanım nümayəndələri və tələbə qızlar iştirak ediblər. Tədbirə, həmçinin səfirlik əməkdaşlarının xanımları, habelə bəzi macar qadın fəallar da qoşulublar.
Yürüş iştirakçıları əllərində ermənilərin Xocalı şəhərinin dinc azərbaycanlı sakinlərinə, o cümlədən qadınlara, qocalara və uşaqlara qarşı törətdikləri vəhşilikləri əks etdirən plakatlar tutublar. Aksiyaya yerli sakinlərlə yanaşı, xarici turistlər də maraq göstərib. Tədbir zamanı iştirakçılara Xocalı soyqırımı və ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatlar verilib, buklet və kitablar paylanılıb.
Yürüş iştirakçıları əllərində Xocalı soyqırımı qurbanlarının şəkilləri, Azərbaycan, ingilis və macar dillərində "Mən Xocalıdanam”, "Xocalıya ədalət!”, "Dünya bu faciəyə laqeyd qalmamalıdır!” və s. plakatlar tutaraq Budapeştin mərkəzindəki "Qəhrəmanlar meydanı”ndan Andraşi prospekti ilə hərəkət edərək Oktoqon meydanına qədər irəliləyiblər. Yürüş Azərbaycanın bu ölkədəki səfirliyinin binası qarşısında başa çatıb.
Sonda səfirlikdə çay süfrəsi təşkil olunub.

banner

Oxşar Xəbərlər