• cümə, 29 Mart, 04:05
  • Baku Bakı 7°C

Bu spam və viruslarla ehtiyatlı olun - Xəbərdarlıq

21.11.14 11:29 1232
Bu spam və viruslarla ehtiyatlı olun - Xəbərdarlıq
Son zamanlar Azərbaycan üzərində bir sıra spam və yoluxmuş faylların tranzaksiyasında aktivlik müşahidə olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, müşahidə olunan aktivlik müxtəlif ölkələr üzərindən, müxtəlif ip ünvanlarla, o cümlədən müxtəlif mail hosting və mail istifadəçiləri tərəfindən ölkəmizdəki e-mail istifadəçilərinə “my new photo ;)” mövzusunda olan və “my_photo.zip”, “iphone_photo.zip” , “photo.zip”, “transact_store.zip” və digər bu kimi əlavələrlə (attachment) viruslu məktublar göndərilir.
Aktivliklə əlaqədar olaraq Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi e-mail istifadəçilərini diqqətli olmağa çağırır və bu kimi mailləri açmamaq və dərhal silməklə bağlı xəbərdarlıq edir.
“Bu kimi maillərin alınması və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, o cümlədən, qurumunuzun, təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhdid qarşısında qoyur”, - deyə mərkəzin məlumatında qeyd olunur.
banner

Oxşar Xəbərlər