AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu sərnişinlər avtobusa buraxılmayacaq

Bu sərnişinlər avtobusa buraxılmayacaq

İqtisadiyyat
01 İyun 2020, 14:00 261
Şəhərlərarası sərnişin daşıma iyun ayının 15-dən sonra bərpa olunarsa, bu halda avtobuslar yeni qaydalarla fəaliyyət göstərəcəklər.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun szölərinə görə, yeni qaydalar TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının göstərişləri ilə ictimai nəqliyyatdan istifadə ilə bağlı metodiki göstərişlər əsasında hazırlanıb: "Qaydalara əsasən vaxt baxımından daha uzaq yol qət edən nəqliyyat vasitələrinin salonu bütün sərnişinlər tərəfindən doldurulmayacaq və həmin avtobuslara məhdud sayda bilet satılacaq. Tibbi maskanın və əlcəklərdən istifadə zəruri olunacaq. Bu qaydalar 56 avtovağzal və avtostansiyalara bildirilib, eyni zamanda DANX əməkdaşları da həmin yerlərə ezam olunublar”.

N. Allahyarova qeyd edib ki, bileti olsa da belə, sərnişin bu baydalara əməl etməzsə, o avtobusa buraxılmayacaq: "İlkin vaxtlarda maskasız olan sərnişinlər avtovağzallarda maska əldə edə biləcəklər. Ancaq bu ilkin günlər üçün nəzərdə tutulub”.

Sektor müdiri əlavə edib ki, uzaq məsafə qət edən avtobuslar mütləq şəkildə müəyyən istrahət yerlərində saxladılaraq salonları dezinfeksiya olunacaq: "Uzaq məsafə qət edən sürücülərin iş və istirahət vaxtına nəzarət olunacaq, bu qanunvericilikdə də nəzərdə tutulub. Pandemiya dövründən qabaq bəzi sürücülər mənzil başına tez çatması üçün sərnişinlərlə razılığa gələrək nəqliyyat vasitəsini istirahət yerlərində saxlamadan, istirahət etmədən sürürdülər. Ancaq yeni qaydalara əsasən buna tam olaraq tələb olunacaq. Belə ki, uzaq məsafə qət edəcək avtobuslar müəyyən istirahət yerlərində saxladılacaq. Daha sonra salonda olan şəxslər yerə endirilərək avtobusun daxilində dezinfeksiya işləri aparılacaq”.