AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu rayonlarda da peşə tədrisi mərkəzi açılacaq

Bu rayonlarda da peşə tədrisi mərkəzi açılacaq

Cəmiyyət
29 May 2020, 11:35 178
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın dövrdə Quba, Bərdə və Şəki rayonlarında da peşə tədrisi mərkəzlərinin yaradılması planlaşdırılıb.
 
Nazirlikdən verilən məlumata görə, məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkilində müasir infrastrukturun qurulmasıdır.
 
Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq. Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların yeni yiyələndirkləri peşələr üzrə məşğulluğu təmin olunacaq.
 
Hazırda Nazirliyin Bakı, Göyçay və Gəncə şəhərlərində peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.