• cümə, 19 Aprel, 00:03
  • Baku Bakı 18°C

Bu qanun Xocalı sayqırımını törədənlərin cəzalandırılmasına imkan verəcək

15.06.17 16:03 790
Bu qanun Xocalı sayqırımını törədənlərin cəzalandırılmasına imkan verəcək
Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasını əks etdirən yeni "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarılacaq. Bu barədə Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

Bahar Muradova qeyd edib ki, beynəlxalq cinayətlər deyəndə soyqırımı, etnik təmizləmə, hərbi cinayətlər nəzərdə tutulur. Xocalı qırğını da bütün bu qeyd olunanların hər birini əhatə edir. Xocalıda baş verən hadisələrə görə Ermənistan rəhbərliyi cavabdehlik daşıyır, onlar cinayət törədiblər. Bu cinayətə beynəlxalq cinayətlərə münasibət baxımından qiymət verilməlidir.

Vitse-spiker bildirib ki, vətəndaş cəmiyyəti tərəfindən təqdim olunan qanun layihəsi üzərində iş başa çatmaq üzrədir. Qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarıldıqdan sonra müvafiq rəylərin alınması üçün beynəlxalq təşkilatlara, Azərbaycanın aidiyyəti qurumlarına göndəriləcək və bundan sonra Milli Məclisin gündəliyinə salınacaq.

Qeyd edək ki, artıq Azərbaycanda "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi hazırlanır. Bu ciddi sənəd Azərbaycan RespublikasınınPrezidentiyanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qüdrətli Azərbaycan Naminə İB tərəfindən həyata keçirilən "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüququ aspektlərinin öyrənilməsi” dəlayihə çərçivəsində hazırlanır.Layihə 2014-cü il oktyabrın 17-dəAzərbaycan RespublikasınınPrezidentiyanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə AR Milli Məclisi arasındaimzalanmış "Əməkdaşlıq haqqında anlaşma memorandumu”na əsasən icra olunur. Layihə çərçivəsində Milli Məclisdə 28 noyabr 2016-cı ildə geniş ictimai müzakirə təşkil olunub. Tədbirdə Milli Məclis rəhbərliyi, millət vəkilləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

"Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün imkanlar var. Burada söhbət Haaqa Məhkəməsindən getmir. Çünki 1998-ci ildə Haaqada yaradılmış Beynəlxalq cinayət məhkəməsinin nizamnaməsi 1 iyul 2002-ci il qüvvəyə minib. Bu məhkəmənin statutunun qüvvəyə minməsindən törədilən əməllərə onun nizamnaməsi şamil edilmir”. Beynəlxalq hüquq üzrə ekspert, Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov deyir ki, Azərbaycan BMT-nin vasitəsilə Xocalı soyqırımının araşdırılması üçün xüsusi məhkəmə orqanının yaradılmasına nail ola bilər. Bu cür orqan Syerra Leone üzrə yaradılıb. Həmçinin, Livan üzrə isə xüsusi tribunal yaradılıb.

"Digər bir imkan Azərbaycanın məhkəmə orqanlarında soyqırımlar, etnik təmizləmələr üzrə xüsusi fövqəladə palataların yaradılmasıdır. Bunun da hüquqi bazası mövcuddur və belə bir orqan Kombocada 30 il öncə törədilən cinayətlərin təqibi üçün formalaşdırılıb. Həmin fövqəladə palatalarda Komboca hökuməti və BMT arasında bağlanmış müqavilə əsasında fəaliyyət göstərir. Biz bütün bunları nəzərdən keçirib yararlanmaq imkanlarını araşdırmalıyıq”.

Ekspert qeyd edir ki, artıq Azərbaycanın parlamenti və vətəndaş cəmiyyəti bu işə öz töhfəsini verməkdədir. Belə ki,Milli Məclis və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasındakıanlaşma memorandumu çərçivəsindəsoyqırım cinayətlərinin cəzalandırılmasına dair yeni qanun layihəsi hazırlanır. Qanun layihəsi soyqırım, etnik təmizləmələr, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlərin təqibi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Ən mühüm məsələlərdən biri də odur ki, bu gün dünyanın heç bir ölkəsinin qanunvericiliyində yer almayan bir termin - "etnik təmizləmələr cinayəti” anlayışı bu qanunda əks olunacaq.

"Azərbaycan xalqı öz tarixi gedişində dəfələrlə ermənilər tərəfindən etnik təmizləmələrə məruz qalıb. Bu gün bizim əsas məqsədimiz həmin cinayətin hüquqi vasitələrlə formalaşdırıb Azərbaycanın Cinayət qanunvericiliyinə daxil etməkdir. Digər bir mühüm məsələ beynəlxalq cinayətləri törədən şəxslərə münasibətdə heç bir immunitetlərin tətbiq edilməməsidir. Tutduğu vəzifədən və statusundan asılı olmayaraq istənilən şəxs bu cür cinayətlərə görə məs cəlb olunub cəzalandırıla bilər”.

Yeni qanunda "Fərdi cinayət məsuliyyətli məqsədlər üçün təcavüz” anlayışı veriləcək. Digər məsələ - beynəlxalq cinayətlərə münasibətdə qanunun retroaktiv tətbiqinə imkan verilməsidir. Bu o deməkdir ki, hətta törədildiyi zaman həmin ölkənin qanunvericiliyində mövcud olmasa belə, soyqırım hərbi cinayətlər etnik təmizləmələr sonradan həmin qanunvericiliyə daxil olduqdan sonra cinayət təqibi predmeti ola bilər. Ekspert qeyd edir ki, bu cinayətləri digərlərindən fərqləndirən bir sıra amillər var.

"Beynəlxalq cinayətlərə münasibətdə heç bir müddətlər tətbiq edilmir. Soyqırım, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlərin nə vaxt törədilməsindən asılı olmayaraq, istənilən zaman onları törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər və cəzalandırıla bilər. Biz bütün dünyaya mesaj göndəririk ki, biz bu cür cinayətlərin aradan qaldırılması, onların qarşısının alınması və cəzalandırılması işinə mühüm bir töhfə veririk. Əlbəttə, Xocalı soyqırım və AR ərazisində ermənilərin törətdiyi insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələrin qarşısını alınmasında, cinayətlərin istintaqında cəzalandırılmasında bu qanun mühüm rol oynayacaq. Və bu prosesə əhəmiyyətli bir təkan verəcək”.

Qanun layihəsində bir sıra digər mühüm məsələlər - ekstradisiya, hüquqi yardım və cinayətlərin təqibinə dair digər mexanizmlər də yer alacaq. Qanun layihəsi 3 ay ərzində hazırlanacaq. Layihənin hazırlanması üçün xarici dövlətlərin qanunvericiliyi ilə yanaşı, BMT-nin Beynəlxalq hüquq komissiyasının cari işləri, mövcud olan beynəlxalq cinayət tribunallarının presedent hüququ da nəzərdən keçirilir. Artıq bir sıra ölkələrdə - Almaniya, Niderland, Kanada, Yeni Zelandiya Avstraliya və digər ölkələrdə oxşar qanunlar qəbul edilib.

Məqalə Azərbaycan RespublikasınınPrezidentiyanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Milli Məclisin tərəfdaşlığı ilə Qüdrətli Azərbaycan Naminə İB tərəfindən keçirilən "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüququ aspektlərinin öyrənilməsi” dəlayihə çərçivəsində hazırlanıb.

Murad
banner

Oxşar Xəbərlər