• cümə, 29 Mart, 10:31
  • Baku Bakı 5°C

“Bu mətbuat konfransı Azərbaycan və regionunla bağlı həm tarix, həm də siyasət dərsi idi” – Şura sədri

27.02.21 10:15 619
“Bu mətbuat konfransı Azərbaycan və regionunla bağlı həm tarix, həm də siyasət dərsi idi” – Şura sədri
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli və xarici ölkələrin kütləvi informasiya vasitələri üçün videoformatda keçirdiyi mətbuat konfransını diqqətlə izlədim. Xarici jurnalistlərdən birinin sual verməzdən öncə sözü belə oldu ki, cənab İlham Əliyev mətbuat konfransı keçirmək baxımından rekord qırır. O, eyni zamanda bildirdi ki, neçə illik jurnalistlik təcrübəsində ilk dəfədir ki, bu qədər uzun zaman müddəti ərzində davam edən mətbuat konfransında olur”.
Kaspi.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, həmin xanım jurnalist bu fikirlərini bildirməyənədək heç bu məsələnin fərqinə varmayıb:"Dövlət başçımızın keçirdiyi mətbuat konfransının davamiyyət müddəti 4 saatdan artıq oldu. Sualların sayı 50 idi. Prezident 50 sualın hər birinə dolğun və ətraflı cavab verdi. Amma onu da düşünürəm ki, bu mətbuat konfransı yalnız vaxt müddətinin uzunluğu deyil, eyni zamanda suallara cavabların əhatəliliyi baxımından tarixə düşəcək bir tədbirdir. Bu konfrans Azərbaycan və regionunla bağlı həm tarix, həm də siyasət dərsi idi. Prezident sözün əsl mənasında dərs verirdi. O dərsdə Azərbaycanın dünəni və bu günü səhifə-səhifə vərəqlənirdi. O dərsdə Azərbaycan bir əzəmət və vüqar simvolu idi. Nəhayət o dərs əsl dövlət adamının, liderin püxtələşmiş obrazının təntənəsiydi. Arxayın, təmkinli, hər sözü, hər kəlməsi dünyaya bir mesaj olan, hər sözü ilə siyasi hikmət aşılayan liderin. Qürur duydum”.
banner

Oxşar Xəbərlər