AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Bu, mənə qarşı düşmənçilikdir” AÇIQLAMA

“Bu, mənə qarşı düşmənçilikdir” AÇIQLAMA

Təfsilat
28 Dekabr 2012, 14:02 1435
“Sevinc Babayevanın xəstə olmasını bilirdim. Onun ürəyi xəstə idi və burada bir neçə dəfə müalicə də olunmuşdu”. Bunu Lent.az-a açıqlamasında sabiq millət vəkili Gülər Əhmədova bildirib.

Facebook səhifəsində yayılan “Xoruz” şeirinə də münasibət bildirən sabiq millət vəkili qeyd edib ki, bu, başqa bir şəxs tərəfindən ona qarşı edilmiş təxribatdır: “İndi də mənim adımdan facebook səhifəsində bir yazı qoyulub. Guya mən bildirmişəm ki, Sevinc Babayeva zəhərlənib öldürülüb. Şübhələndiyim var, ancaq onu bu dəqiqə təsdiq edə bilmirəm”.

“Sosial şəbəkələrdəki səhifələrinizi idarə edən köməkçiniz Əhməd Şahidovdan şübhələnirsinizmi?” sualına G. Əhmədova belə cavab verib: “Məncə, bunun Əhməd bəylə heç bir əlaqəsi yoxdur. Həm də Əhməd bəy burda deyil, Kiprdədir”.

Son günlər ailəsindən boşanması barədə xəbərinə də münasibət bildirən G. Əhmədova bu kimi xəbərləri yazan və yayan insanları “əxlaqsız” adlandırıb: “Ailə məsələsi mənim üçün çox müqəddəs bir mövzudur. Mən o sözü yazan jurnalistə də, onu yayan adama da bu başdan “əxlaqsız” damğasını vururam. Çünki bunu yazan adam mənimlə düşmənçiliyə başlayıb. Bu da şəxsi düşmənçilikdir. Bu başdan onlara ciddi sürətdə xəbərdarlıq edirəm. Bu mətbuat-filan deyil, sırf düşmənçilikdir. Bu, sifarişdir. Bu adamın kişiliyi varsa, sözü varsa, çıxsın ortaya sözünü desin və cavabını alsın. Yoxdursa, o adam əxlaqsızdır. Burdan açıq deyirəm bu, mənə qarşı düşmənçilikdir. Çünki ailə mənim üçün çox müqəddəsdir. Kimliyindən asılı olmayaraq, heç kəsi bağışlamaram” - deyə, sabiq millət vəkili əlavə edib.