• cümə axşamı, 28 mart, 21:19
  • Baku Bakı 13°C

“Bu iyrəncliyi görmək ağır idi”

24.06.20 14:30 786
“Bu iyrəncliyi görmək ağır idi”
"Bernli”nin baş direktoru Nil Hart "Mançester Siti” ilə oyunda yaşanan insident barədə danışıb.
Kaspi.az xəbər verir ki, oyundan əvvəl stadionun üzərindən uçan təyyarədən "Qaraların həyatı vacibdir” banneri açılıb. Bunun ardınca isə "Bernli” azarkeşləri "Ağların həyatı vacibdir” bannerini açıblar. Baş direktor bu hadisəni iyrənclik adlandırıb:
"Stadionun tribunasından bu iyrəncliyi görmək ağır idi. Biz futbolçularımızla, məşqçilərimizlə həmrəyik və diskriminasiyanın istənilən formasına qarşıyıq.
Hesab edirəm kii, "iyrənc” ifadəsi həmin hadisənin mahiyyətinə tam uyğun gəlir. Məsələ ilə bağlı hakimiyyətlə əməkdaşlıq edirik. Bu aksiyanı təşkil edənlərin kim olduğunu bilirik. Polis araşdırma aparır. Biz isə həmin şəxslərin ömürlük olaraq stadiona girişinə qadağa qoyacağıq”.
banner

Oxşar Xəbərlər